''ERMƏNİSTANIN HAKİMİYYƏTİ ZƏİF OLDUĞU ÜÇÜN DÜZGÜN QƏRARLAR VERƏ BİLMİR''-ANAR ƏLİYEV

Bölmə: Siyasət › ,
Tarix: 15:47 10.11.2023

"Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində, müxtəlif platformalarda həm çox gərgin rəqabət, həm də iş gedir" deyə politoloq Anar Əliyev informator.az saytına açıqlama verib.

 

 

"Biz ayrı platformalarda həm Vaşinqton, həm Brüssel, həm də Moskva platformalarında aparılmış danışıqlar zamanı əldə olunmuş, ümid verilmiş razılaşmaların Ermənistan tərəfindən zaman-zaman həyata keçirilməməsi üçün müxtəlif bəhanələr gətirməsinə, təxribatlar törətməsinə şahid olmuşuq. Qısa müddət ərzində Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinin imzalanması halı o qədər ümidverici deyil. Azərbaycan noyabr bəyanatı imzalandıqdan qısa müddət ərzində Ermənistana sanki sülh əlini uzatdı. Beş mühim təməl prinsipləri əsasında sülh razılaşmasının imzalanmasını təklif edib. Bu yaxınlarda Ermənistan Xarici İşlər Naziri, Azərbaycanla 3 mühim istiqamət üzrə məsələlərin həll olunduğunu, digər istiqamətlərdə isə müzakirələrin getdiyini bəyan edib. O 3 istiqamət tərəflərin qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütovlüyünü tanıması, sərhədlərin dermitasiyasiyası, bütün istiqamətlərdə nəqliyyat-iqtisadiyyat kommunikasiya əlaqələrinin açılmasını özündə əks etdirdiyini bəyan edib. Ermənistan rəsmiləri sözdə bəyanatda Azərbaycanla sülh prosesi istiqamətində razılaşmalar əldə etdiklərini, müəyyən irəliləyişlərin əldə olunduğunu bəyan edirlər, amma real addımlarda biz effektiv addımlar müşahidə edə bilmirik.
Fransa kimi qərəzli, anti-Azərbaycan siyasəti sərgiləyən türkəfobiya kompleksindən çıxa bilməyən bir dövlətin iştirakı ilə müzakirələrin aparılmasına uzaq dayanırıq. Rusiyanın isə bu yöndə addımlarına inam artmağa başlayıb.
Rusiya Təhlükəsizlik Şurası katibi Nikolay Patruşevin son bəyənatına inamı muəyyən qədər zəiflədir. Patruşev İrəvan-Bakı arasında sülh sazişi hazırlandığı haqda fikir səsləndirib, amma Rusiyanın vasitəçiliyi ilə indiki şəraitdə Ermənistanın üzərinə müəyyən öhdəliklər götürəcəyi o qədərdə real və inandırıcı görünmür.
Ermənistanın bu manipulativ hərəkətlər sərgiləməsi sadəcə bir yerə qədər olduğunu hər kəs aydın şəkildə müşahidə edir''.

 

 


Anar Əliyevin fikrincə, sülh müqaviləsinin imzalanmasına cəhdlər var.

 


"Prezidentin oktyabr ayının əvvəllində Gürcüstana səfəri zamanı yenə də Ermənistan qurumları ilə Azərbaycan qurumları arasında dialoqların qurulmasını təklif edib. Bu təklifə cavab olaraq qarşı tərəfdən ciddi bir reaksiya görmədik. Bütün bunlar onu göstərir ki, Ermənistan sülh sazişinə, prosesslərin tənzimlənməsinə maraqlı deyil. Ermənistanın hakimiyyəti müstəqil iradəyə və mövqeye sahib deyil. Ermənistanin mövcud hakimiyyəti kifayət qədər təcrübəsiz, qətiyyətsiz, zəif olduğu üçün düzgün qərarlar verə bilmir".

 

 


Politoloqun əlavə edir ki, "yaxın dövrlərdə Ermənistanın sülh imzalamağının alternativsiz yol olduğunu qəbul edəcəyi o qədərdə inandırıcı görünmür".

 

FİDAN İBRAHİMLİ