Ermənistan bu fürsəti dəyərləndirməsə, həmişə bataqlıqda qalacaq-Millət vəkili
Bölmə: Siyasət › ,Tarix: 17:20 10.11.2023
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların aparılmasında Qərb platforması daim əhəmiyyətli olub. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Praqa və Brüsseldə keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün parametrləri açıqlayaraq, sözdə tanıdığını bəyan edib”.
Bu sözləri İnformator.az-a açıqlamasında Millət vəkili Azər Badamov söyləyib. Deputatın sözlərinə görə, Paşinyan açıqlamasında Qarabağın Azərbaycanın suverən ərazisi olduğunu da qeyd edib.
“Sonra isə Paşinyan aparılan danışıqları manipulyasiya edərək, sülh müqaviləsinin imzalanmasından boyun qaçırmağa çalışıb. Bu gün Qərbin Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanmasında hər hansı bir rolu yoxdur. Əksinə, Qərb ədalətsizlik nümayiş etdirərək, Ermənistanın çirkin tələblərini müdafiə edir. Qərb ölkələri bu danışıqlarda Ermənistana üstünlük qazandırmağa çalışır. Bu baxımdan Ermənistanıla sülh müqaviləsi imzalanması üçün danışıqların aparılmasında Qərb platforması etimadını itirib".
Millət vəkili deyir ki, sülh müqaviləsinin imzalanması hamıdan çox Ermənistan üçün vacibdir.
“Çünki Ermənistanın iqtisadi inkişafı məhz Azərbaycanla bağlanacaq sülhdən asılıdır. Sülh müqaviləsinin imzalanması Ermənistanın qapılarını dünyaya açacaqdır".
Azər Badamov qeyd edir ki, torpaqlarımızı işğal etmə səbəbindən, Azərbaycan Ermənistanı düşünülmüş şəkildə regional lahiyələrdən təcrid edib.
“Azərbaycan və Türkiyə arasındakı quru yolun açılması Ermənistanın Rusiyaya və Avropaya əməkdaşlıq imkanlarını genişləndirəcəkdir. Ona görə də, Ermənistan Azərbaycanın təqdim etdiyi 5 bazalı prinsipə əsaslanan sülh müqaviləsinin imzalanması üçün tələsməlidir. Bu, Ermənistan üçün açılan yeni bir fürsətdir. Əgər bu fürsəti dəyərləndirmədən boş buraxarsa, Ermənistan həmişəlik bataqlıqda qalacaq".
Deputatın sözlərinə görə, Paşinyan Qərbin dəstəyi ilə hakimiyətə gəlib.
“Ona görə də, Qərbin qarşısında Paşinyanın müəyyən öhdəlikləri var. Bu öhdəlik Rusiyanı regiondan çıxardaraq, onun yerini Qərbə verilməsi ilə bağlıdır. Ona görə də, Paşinyan hakimiyyəti düçar olunduğu bütün məğlubiyyətlərini Rusiyanın üstünə atmağa çalışır. Buna görə də, KTMT və MDB tədbirlərinə qatılmır. Amma Paşinyanın bütün çabaları yersizdir. Çünki nə Paşinyan, nə də Qərb Rusiyanı Ermənistandan çıxartmaq gücündə deyil. Birincisi ona görə ki, Ermənistanın iqtisadiyyatı Rusiyanın əlindədir. İkincisi isə Rusiyanın Ermənistanda mövcudluğunun 2050 -cı ilə qədər davam etdirələcyi ilə bağlı saziş var”.
Azər Badamov deyir ki, Paşinyan və onun komandası istəsədə, istəməsə də Rusiya orda qalmaqda davam edəcək.
“Sülh sazşinin imzalanması üçün Ermənistanın böyük mane kimi gördüyü əsas məsələ, Qarbağdakı ermənilərin hüquq və təhlükəsizliklərinin təmin olunması idi. Bu məsələ Azərbaycan qanunlarına uyğun həll olunub. Bu gün isə sülh müqaviləsinin imzalanması üçün ciddi bir mübahisə doğuracaq bir məsələ qalmayıb. Burada əsas məsələ Ermənistanın konstruktivlik nümayiş etdirməsi və sülh müqaviləsinin imzanmasına hazır olduğunun bildirməsidir. Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar kənar oyunçuların müdaxiləsi olmadan regionda aparılmalıdır. Ən düzgün variant isə ikitərəfli danışıqların aparılmasıdır”.
Deputat sonda qeyd edir;
“Ermənistan buna hazır olduğunu bildərəcəyi təqdirdə, ölkələrarası sülh müqaviləsi qısa zaman kəsiyində reallaşa bilər".
Nəzrin Mirzəyeva