"Azərbaycan yürütdüyü siyasətlə və Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətində uğurlu addımlar atır" -AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 10:01 11.11.2023

Prezident İlham Əliyev noyabrın 9-da Daşkənddə İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb. Görüşdə Prezident İlham Əliyev Astara çayı üzərindən keçəcək marşrut İranla münasibətlərin möhkəmlənməsinə xidmət edəcəyini qeyd etdi. Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov "İnformator.az" ilə fikirlərini bölüşüb. 

 

Xəyal Bəşirovun fikirlərinə görə, Prezident İlham Əliyevin 9 noyabr 2023-cü il tarixində Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısında iştirak edərkən İran prezidenti İbrahim Rəisi ilə ikitərəfli görüş zamanı bir sıra məqamlara toxundular. 

 

"Eyni zamanda, Araz çayı üzərində Ağbənd keçid məntəqəsinin tikilməsi və Zəngəzur dəhlizinin alternativ İran ərazisindən keçməsi ilə bağlı məsələyə qarşılıqlı şəkildə münasibət bildirdilər. Bununla bağlı, bu il Ermənistanın infrasturuktur naziri və Azərbaycanın Baş nazir müavini arasında sənəd də imzalandı. Həmçinin, Prezident İlham Əliyev bunun Azərbaycan ilə İran arasındakı münasibətlərinin inkişafına xidmət edəcəyini qeyd edib. Ümumiyyətlə, Prezident İlham Əliyev bu istiqamət üzrə siyasətində heç vaxt dəyişiklik olmayıb. 20 illik hakimiyyəti dönəmində bütün dövlətlər ilə münasibətləri bərabər hüquqi və qarşılıqlı hörmət çərçivəsində qurulub. Bugünədək İran ilə münasibətlərimizdə bizdən qaynaqlanan qarşıdurmamız olmayıb. Xüsusilə, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmlərdə İran ilə münasibətlərimizin normallaşdırma istiqamətində inkişafının şahidi olmuşuq".

 

 

Politoloq qeyd edir ki, Prezident İlham Əliyev tərəfindəm Xudafərin körpüsündən keçən sərhəd məntəqəsini "dostluq məntəqəsi" adlandırması Azərbaycanın qalib dövlət kimi İran ilə olan münasibətlərinə işarə edirdi.  

 

"Təəssüflər olsun ki, İrandakı ermənipərəst qüvvələr tərəfindən Azərbaycana qarşı müəyyən addımlar atıldı. Təbii ki, biz buna layiqli cavablar verərək haqqımızın tapdalanmasına icazə vermədik. Lakin Azərbaycanın mövqeyində heç bir dəyişiklik olmayıb. Sadəcə İran tərəfi anladı ki, İrandakı bəzi qüvvələr Azərbaycan ilə münasibətlərinə zərər vermək istəyir. Azərbaycanın fərqli münasibət sərgiləməsi isə göz önündə olduğu üçün İran hakimiyyəti öz addımlarını dönüş etmək məcburiyyətində qaldı. Prezident İlham Əliyev və İranın prezidenti İbrahim Rəisi də Azərbaycan və İran arasındakı əməkdaşlığı bütün istiqamətlər üzrə inkişaf etdirmək niyyətindədirlər. Hər iki dövlətin rəhbər şəxsinin bu mövqedə olması dövlətlərin hansı məcrada inkişaf edəcəyindən xəbər verir".

 

 

Politoloq Xəyal Bəşirov vurğulayır ki, Azərbaycan "üç üstəgəl üç" formatının reallaşdırılması istiqamətində bütün imkanlarını səfərbər etmişdir. 

 

"Platformanın reallaşdırılması üçün Tehranda Xarici İşlər nazirləri səviyyəsində görüş də keçirildi. Görüşdə müzakirə edilən məsələlər və baş verən proseslərə əsaslanaraq deyə bilərik ki, bu gün Azərbaycan yürütdüyü siyasətlə və Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətində uğurlu addımlar atmağa davam edir. Təbii ki, bu siyasət kənar qüvvələrin maraqlarına zidd ola bilər. Hər bir halda onlar avropaya məxsus problemləri kənar faktorlara yayılmasına imkan vermirlər. Nəticədə, onlar da ərazimizdə kənar faktorların daxil olmasına imkan verməyəcəmizi də anlamalıdırlar. Buna da hörmətlə yanaşmalıdırlar".

 

Fatimə Mustafayeva