Bu gedişlə biz nəinki Zəngəzur, gedib İrəvanda oturacağıq-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 20:19 13.11.2023

“Fransanın Azərbaycanla bağlı hərəkətləri yolverilməzdir. Lakin biz Ermənistana Fransadan silah-texnika alması ilə bağlı qadağalar qoya bilmərik”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev söyləyib. Politoloqun sözlərinə görə, Gürcüstanın belə bir öhdəliyi yoxdursa belə, bu prosesə mane ola bilərdi.

 

“Necə ki, müharibə dövründə mane oldu, yenə də onun ərazisindən silahların Ermənistana daşınmasının qarşısını ala bilərdi. Gürcüstanı bu məsələdə ittiham etmək bir qədər çətindir. O da öz gəlirlərini nəzərdə tutur. Təbii ki, Gürcüstan Azərbaycanla tərəfdaş dövlətdir”.

 

Politoloq deyir ki, bu məsələdə Gürcüstan Azərbaycanı məlumatlandırmalı idi.

 

“Ən azından Gürcüstana dəyən ziyanı Azərbaycan bağlayardı. Gürcüstan da öz növbəsində silahların daşınmasına icazə verməzdi. Nəzərə alaq ki, qonşu dövlətlər içərisində Azərbaycanın ən çox investesiya qoyduğu dövlətlərdən biri də Gürcüstandır”.

 

Cümşüd Nuriyevin sözlərinə görə, Fransa bir dövlət kimi çökmək üzrədir.

 

“Fransa Azərbaycana qarşı heç bir prosesləri həyata keçirə bilməz. Bütün Afrika dünyası, bütün okeaniya belə Fransanın əleyhinədir. Fransa sürətlə mövqelərini itirməyə başlayır. Bunun bədəlini isə Azərbaycana ödətməyə çalışır, amma alınmayacaq”.

 

Politoloq düşünür ki, Ermənistan bundan sonra 10 il ərzində özünə gələ bilsə, bu böyük bir şeydir.

 

“Bunlar dərk etmirlər ki, Ermənistan Azərbaycan sərhəddinə hücum eləsə, Azərbaycan üçün bu beynəlxalq hüquq səviyyəsində: ərazi bütövlüyünə sui-qəsd, dövlət sərhəddini pozmaq, əhalinin təhlükəsizliyini təmin etmək adı ilə Azərbaycanın müdafiə aktı vasitəsilə biz nəinki Zəngəzur, gedib İrəvanda oturacağıq”.

 

Müsahibin sözlərinə görə, ermənilar bu gedişlə Göyçəni də itirəcəklər, Zəngəzuru da.

 

“Ermənistan Zəngəzuru hansı yolla vermək istəyirsə versin. Burada Azərbaycan heç nə itirmir. Fransa fikirləşirsə ki, gəlib bölgəyə daxil olacaq, amma bu proses əsla reallaşmayacaq. Azərbaycan beynəlxalq hüquq müstəvisində bütün məsələlərini həll edir”.

 

Cümşüd Nuriyev sonda qeyd edir;

 

“Ermənistan hazırda odla oynayır. Bu şəkildə davam edərsə, Ermənistan bir dövlət kimi yer üzündən silinəcək”.

 

Həcər Əmiraslanlı