"RUSİYADA PREZİDENT SEÇKİLƏRİ RUSİYA-UKRAYNA MƏSƏLƏSİNİN TALEYİ İLƏ BAĞLI OLACAQ"-NATİQ MİRİ

Bölmə: Siyasət › ,
Tarix: 20:53 13.11.2023

Rusiya Federasiyası Şurası dekabrın 13-ü prezident seçkilərinin tarixini açıqlaya bilər. Bu barədə məlumatı "RİA Novosti" yayıb.

Ehtimallara əsasən, Rusiyada prezident seçkiləri martın 17-si keçirilə bilər.

 

 

"Rusiyada prezident seçkilərinin keçirilməsi Rusiya-Ukrayna məsələsinin taleyi ilə bağlı olacaq. Ukrayna 1,2 il ərzində ciddi hərbi uğurlara imza atarsa bu Rusiyanın ictimai rəyində anti-Putin rəyi yarada bilər" deyə politoloq Natiq Miri qeyd edib.

 

 

Politoloq əlavə edir ki, "Vladimir Putinin səhhəti növbəti beş illiyə imkan verərsə, Rusiya elitası V.Putinin növbəti prezidentliyində namizədliyini müdafiə edəcək. Rusiya ictimai rəyində V.Putinə ciddi təzyiqləri müşahidə etmirik. Bu günə qədər imkan verilməyib ki, V.Putinə ciddi siyasi alternativ yaradılsın. Buna təşəbbüs göstərməyə çalışanlar isə aradan qaldırılıb".

 

 


N.Miri açıqlamasında Rusiya-Ukrayna münasibətlərinə də toxunub.
"Rusiya-Ukrayna cəbhəsində durğunluq vəziyyəti yaranıb. Əks hücuma keçmək istəyən Ukrayna bunu edə bilmir. Xüsusilə də qış aylarında Ukrayna torpaqlarında texnikanın hərəkəti məhdudlaşır. Bu da hərbi nailiyyətlərin əldə olunmasına mane olur".

 

ÇİNARƏ MURADOVA