QƏRB ERMƏNİSTANI SİLAHLANDIRMAQLA NƏYƏ NAİL OLMAĞA ÇALIŞIR?-POLİTOLOQ AÇIQLADI
Bölmə: Siyasət › ,Tarix: 20:38 14.11.2023
Rusiyalı ekspertlər bildirib ki, Qərb Ermənistanı silahlandırmaqla regionda vəziyyəti gərginləşdirmək istəyir.
Məsələyə aydınlıq gətirən politoloq Oqtay Qasımov açıqlama verib.
"Qərbin son dövrlər Ermənistana açıq şəkildə siyasi, diplomatik, hərbi cəhətdən dəstək verməsi bir-başa Cənubi Qafqazda sülhün bərqərar olması əleyhinə yönəlmiş addımlardır" fikrini idda edən politoloq qərbin bu addımı atmaqda məqsədini açıqlayıb.
"Qərb vəziyyəti gərginləşdirməklə, bölgədə münaqişəni yenidən alovlandırmaqla maraqlarını həyata keçirmək istəyir. Qərbin burada əsas məqsədləri var. Məqsədlərdən biri bölgədə gərginlik qaldıqca, orada təhlükəsizlik riskləri artacaq, bununla bərabər Ermənistan cəmiyyətində anti-Rusiya meyilləri güclənəcək.
Qərbin ikinci əsas məqsədi Azərbaycanı təzyiqi altında saxlamaqdır. 30 ildən artıq davam edən işğala baxmayaraq, Ermənistana qarşı heç bir tədbir görülmədi. Azərbaycan beynəlxalq hüququn tələblərini yerinə gətirdi, ədaləti bərpa etdi. BMT-in 4 məlum qətnaməsini qəbul edərək öz torpaqlarını işğaldan azad etdi. 44 günlük müharibə ərəfəsində qərb Azərbaycanın əleyhinə olaraq bu prosesə mane olmağa çalışırdı. Azərbaycan təzyiqlərin qarşısında dayanaraq öz iradəsini həyata keçirdi".
O.Qasımov əlavə edir ki, "qərbin Azərbaycana təzyiq etmək istəyi Azərbaycan-Türkiyə müttəfiqliyini pozmağa yönəlir. Azərbaycan-Türkiyə ittifaqı Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin əsas göstəricisidir. Qərb Azərbaycana təzyiqi artırmaqla eyni zamanda Türkiyəyə təzyiq edir. Cənubi Qafqazda Azərbaycan-Türkiyə rolunun artmasının qarşısını almağa çalışır. Qərb gələcəkdə Azərbaycan-Türkiyə vasitəsilə inteqrasiya olunmuş Türk dünyasının vahid güc mərkəzinə çevrilməsinin qarşısını almağa çalışır".
Müsahib bu cəhdlərin əbəs yerə olduğunu vurğulayıb. "hesab edirəm ki, bütün bu cəhdlər əbəs olacaq, qərbin, xüsusilə də Fransanın bu siyasəti həyata keçməyəcək".
ÇİNARƏ MURADOVA