"NETANYAHUNUN BELƏ FİKİR SƏSLƏNDİRMƏSİ YERİNDƏ OLAN BİR MƏSƏLƏ DEYİL"-MÜBARİZ GÖYÜŞLÜ
Bölmə: Siyasət › ,Tarix: 17:07 16.11.2023
İsrailin baş naziri Netanyahudan Türkiyə prezidenti Ərdoğana cavab olaraq işlətdiyi cümlələr diqqət çəkib:
"-Öz ölkəsində kəndləri bombalayanlar bizə əxlaq dərsi verə bilməzlər.
-Ərdoğan insan haqlarından ən son danışan şəxsdir".
Məsələ ilə bağlı açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü Türkiyədə belə halın yaşanmadığını qeyd edir.
"İsrailin baş naziri Netanyahunun Ərdoğana qarşı bu ifadəni işlətməsi qeyri-etik davranışdır. Türkiyədə belə bir hal yaşanmayıb. Digər dövlətlərlə anti-terror hadisələri yaşanıb, amma Türkiyə heç vaxt mülki əhaliyə toxunmayib. Netanyahunun belə fikir səsləndirməsi yerində olan bir məsələ deyil".
M.Göyüşlü açıqlamasında Türkiyə-İsrail münasibətlərinə də toxunub.
"Türkiyə-İsrail arasında münaqişənin olacağını nə zənn edirəm, nə də istəyirəm. Bu halda gərginliyin qalacağı gözlənilir".
"Ərdoğan peşəkar, bacarıqlı dövlət xadimidir" fikrini səsləndirən şərhçi əlavə edir ki, "Ərdoğan bu cür sözlərə qarşı lazım olan dərəcədə cavablar verir. Hesab edirəm ki, bu ifadəyə qarşı da uyğun cavabı verəcək. Nəticədə İsrail Türkiyəyə qarşı münasibətlərdə daha diqqətli olacaq. Bu hər-hansı bir təşkilat deyil, Türkiyə NATO-da dünyanın hərbi baxımdan ən güclü ölkələrindən biridir".
ÇİNARƏ MURADOVA