"ERMƏNİSTAN AZƏRBAYCANLA MÜHARİBƏ EDƏCƏK DƏRƏCƏDƏ GÜCLÜ ORDU YARADA BİLMƏYƏCƏK"-ELXAN ŞIXALIYEV
Bölmə: Siyasət › ,Tarix: 18:24 16.11.2023
Hindistan Ermənistana 150 min qumbara satacaq.
Bu barədə Hindistanın “Indian Aerospace Defense News” hərbi xəbər portalı məlumat yayıb.
Məlumata əsasən, Ermənistana 30 mm və 40 mm kalibrli 150 min qumbara göndəriləcək və bunu Munitions India Limited həyata keçəcək.
Məsələ ilə bağlı hərbi ekspert Elxan Şıxalıyev açıqlama verib.
Ekspert Hindistanla Ermənistanın hərbi-texniki əməkdaşlığ üzrə müqaviləsindən söz açaraq mövzuya giriş edib.
"Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı üzrə müqaviləsi var. Ermənistan bunun üzərinə Hindistanla 1 milyard dollar hərbi-texniki avadanlığın alınması üzərinə müqavilə bağlayıb. Müqavilənin Hindistan tərəfindən heç 20%-i həyata keçirilməyib. Hindistandan alınanlar qumbara deyil, artilleriya silahlar mərmiləridir. Silah satılırsa, deməli, onun mərmiləri də satılmalıdır. Belə çıxır ki, artıq həmin silahlar satılıb".
E.Şıxalıyev Ermənistanın "güclü" ordu yaratmaq istəyini cəmiyyətə sübut etdirməyə çalışdığını iddia edir.
"Ermənistan silahlanacağını gizlətmir. Ermənistan silahlanmağa qərarlıdır. Bunun informasiya cəbhəsinə sızan və sızmayan hissəsi var. İlin sonuna qədər sülh sazişi yönündə müzakirələr getsə də, bu silahlanma Ermənistanın sülhyönümlü olmadığından xəbər verir. Ermənistan ordusunun tam döyüş vəziyyətinə, 2020-ci ildəki vəziyyətinə gətirməsi üçün 3,5 il bunu davam etdirməlidir. Ermənistan Azərbaycanla müharibə edəcək bir ordu yarada bilməyəcək. Sadəcə cəmiyyətə hesab vermək, "biz ordu yaradırıq" demək üçün görə bu addımı atır".
ÇİNARƏ MURADOVA