"BU CÜR ƏDALƏTSİZ VƏZİYYƏTDƏ AZƏRBAYCAN SÜLH MÜQAVİLƏSİNİ MÜZAKİRƏ BELƏ ETMƏYƏCƏK"-NATİQ MİRİ
Bölmə: Siyasət › ,Tarix: 19:18 17.11.2023
Avropa İttifaqı Ermənistan-Azərbaycan danışıqlarını bərpa etmək üçün səylər göstərir.
Danışıqlar prosesinin yekun məqsədi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasıdır.
Politoloq Natiq Miri sözügedən proseslə bağlı açıqlama verib.
"Əsas məsələ sülhün hansı şərtlər əsasında bağlanmasıdır. Avropa Birliyi Ermənistanın havadarı olaraq prosesdə iştirak edir, Azərbaycanı Ermənistanın maraqları əsasında sülhə təhrik edirlər. Hər sülhdə konkret öhdəliklər var. İnsanlar və dövlətlər bu sülhdə bir-birinin suverenliyini tanımaqla yanaşı ərazi iddiasından əl çəkməlidir. Sərhədlərin maliyyələşməsi kommunikasiyaların açılması kimi öhdəliklər var ki, bunları götürməklə sənədə imza atılır".
"Ermənistan bu gün etimad göstərəcək tərəf deyil" qeyd edən politoloq əlavə edir ki, "sülh müqaviləsindən öncə-2020-ci il atəşkəs kimi bir bəyannamə imzalanıb. Buradakı öhdəliklərin altına Ermənistanın baş naziri Nikol Paşinyan imza atıb. Bu öhdəlikləri öz hakimiyyətini qorumaq üçün havadar dövlətlərin təzyiqi ilə bu öhdəlikləri yerinə yetirmədi. Bu cür ədəlatsiz bir vəziyyətdə Azərbaycan sülh müqaviləsini müzakirə edib, bağlamaq istəməyəcək. 20 noyabrda Vaşiqtonda baş tutmalı olan Xarici İşlər Nazirlərinin görüşündən də məhz bu səbəblərə iştirak etməyəcək. Şərtlər Azərbaycanın istəyi çərçivəsində deyil, birtərəfli qaydada Azərbaycanın mövqeləri ədalətsiz qaydada göz ardı edilir. Qeyd etdiyim kimi bu şərtlərdə Azərbaycan sülh müqaviləsini müzakirə belə edə bilməz".
N.Miri Azərbaycanın ərazi bütovlüyünü bərpa etdiyini vurğulayıb. "Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin edib, sülh müqaviləsinə görə narahat olan Ermənistan və onun havadar dövlətləri olmalıdır".
ÇİNARƏ MURADOVA