Artan əməkdaşlıq, yoxsa yeni gərginlik ocağı?-Azərbaycan-ABŞ münasibətləri
Bölmə: Siyasət › ,Tarix: 23:24 17.11.2023
“Əfsuslar olsun ki, ABŞ-ın Azərbaycana olan münasibəti öncədən də birmənalı deyildi. Son 30 il ərzində isə istər ABŞ rəhbərliyi, istər konqres, istərsə də nümayəndələr palatası Azərbaycana qarşı ermənipərəst mövqe sərgiləyirlər. Elə buna görə də, bizim regiona məhz bu prizmadan baxırlar. Yəni, Erməni maraqlarını qorumaq adı ilə öz maraqlarını nümayiş etdirirlər”.
Bu sözləri İnformator.az-a açıqlamasında siyasi şərhçi Rizvan Hüseynov bildirib. Onun sözlərinə görə, Demokratlar hakimiyyətdə olduqda isə birbaşa hiss olunur.
“Respublikaçıların hakimiyyət dönəmində daha ənənəvi olaraq, müsəlman-türk toplumlarına, o cümlədən şərq ölkələrinə daha normal münasibət bəslənilirdi. Amma demokratlar sırf yalançı azadlıq-demokratiya şüarlarını qaldıraraq, həmişə türk müsəlman toplumuna çox zaman qarşı çıxırlar və problem yaradırlar. Mən düşünürəm ki, Azərbaycan bunu nəzərə alır”.
Rizvan Hüseynovun sözlərinə görə, gələn il Amerikada seçki ilidir və o seçki nəticəsində bilinmir ki, demokratlar qalacaq yaxud respublikaçılar gələcək hakimiyyətə.
“Əsas məsələ isə ABŞ-da bu provokasiyanı bizə qarşı edən dövlət departamentində və başqa qurumlarda bunu edənlər də hər halda istəyirlər ki, Azərbaycan da qarşı tərəfə sərt reaksiya versin. Bu məsələlər üzərində istəyirlər ki, Azərbaycana qarşı sanksiyalar tətbiq olunsun. Sözsüz ki bu alınmayacaq, hətta sanksiyalar qəbul olunsa da, güclü təsir göstərə bilməyəcək”.
Şərhçi düşünür ki, birinci dəfə deyil ki, ABŞ-Azərbaycan münasibətləri bu sınaqlardan keçir və problemlərlə qarşılaşırlar.
“Ümid edək ki, ABŞ-da bu ermənipərəst qüvvələrin son həmləsidir və müdrik siyasət nəticəsində Azərbaycan tərəfi bu məsələni də ən uğurlu variantda həll edəcək”, - deyə şərhçi yekunlaşdırıb.
Aynur Babayeva