"AZƏRBAYCAN-İRAQ ARASINDAKI DOSTLUQ MÜNASİBƏTLƏRİ HƏR İKİ DÖVLƏT ÜÇÜN MÜSBƏT AMİLDİR"-NATİQ MİRİ

Bölmə: Siyasət › ,
Tarix: 18:59 20.11.2023

Bu gün Prezident İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə rəsmi görüşü baş tutub.

 

 

"Azərbaycanla İraq prezidentinin rəsmi görüşünün baş tutması iki xalqı daha da bir-birinə yaxınlaşdıracaq. Bu da xalqlar arasında mədəni münasibətləri ən yüksək zirvəyə daşıyacaq" fikrini politoloq Natiq Miri açıqlamasında iddia edib.

 

 

N.Miri əlavə edir ki, "2003-cü ildən bəri İraq haqsız müharibələr ilə zəiflədilmiş, dağılmış iqtisadiyyata malik ölkəyə çevrilib. İraqı parçalayıb içindən xırda dövlətciklərin yaradılması zamanında layihələşdirilmişdi ki, bunun da Türkiyə və qonşu regional dövlətlər qarşısını aldı".

 

 

Politoloq Azərbaycan-İraq münasibətlərindən söz açıb.

 

 

"İraq iqtisadiyyatını yenidən toparlamaq üçün bir sıra ölkələrlə, o cümlədən, Azərbaycanla münasibət sistemlərini qorumaqda maraqlıdır. İraq neft və qazla zəngin olan bir ölkədir. Azərbaycanın da bu yöndə təcrübəli kadrları var. Azərbaycanda bir çox şirkətlər var ki, bu həm İraqın, həm də Azərbaycanın iqtisadiyyatına ciddi şəkildə xeyir gətirə bilər. Bu həssas coğrafi bölgədə Azərbaycanın İraq kimi müsəlman ölkə ilə normal münasibətləri ticari, iqtisadi əməkdaşlığı Azərbaycan üçün arzuolunandır. Bu münasibətlər İraqda yaşayan türkmən qardaşlarımız üçün də müsbətdir. Sözügedən münasibətlər türkmənlərin yaşadığı şəhərlərin inkişafına da müsbət yöndə təsir göstərə bilər. Azərbaycanın müsəlman ölkələri ilə dostluq münasibətlərində olması, dövlərin beynəlxalq təşkilatlarda mövqeyini gücləndirir. Düşünürəm ki, bu münasinətlər hər iki dövlət üçün amildir".

 

ÇİNARƏ MURADOVA