AĞDAM ŞƏHƏRİ GÜNÜ HƏR BİRİMİZİN QÜRUR MƏNBƏYİ OLAN BİR TARİXDİR

Bölmə: Siyasət › ,
Tarix: 19:06 20.11.2023

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, bu gün-20 noyabr Ağdam Şəhəri Günüdür.

 

 

"Ağdam şəhərinin azad olunması çox böyük tarixi əhəmiyyətə malikdir" deyə qeyd edən politoloq Oqtay Qasımov əlavə edir ki, 27 il işğal altında qalan Ağdam 44 günlük savaşın yekununda azad edilib.

 

 

Politoloq vurğulayır ki, Ağdamın azad olunması Üçtərəfli bəyənatın şərtlərinə daxildir.

 

 

"Ağdam rayonu iqtisadi göstəricilərinə, əhalisinin sayına, yerləşdiyi coğrafi mövqeyə görə vacib rayonlarımızdan biridir. Sözügedən rayon ən böyük kənd təsərrüfatı rayonlarından biridir" deyə müsahib qeyd edib.

 

 

O.Qasımov deyir ki, "Ağdamın azad olunmasının hərbi, siyasi əhəmiyyətinin olması ilə bərabər bundan sonrakı dönəmdə bu ərazinin daha da təkmilləşdirilməsi ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək".

 

ÇİNARƏ MURADOVA