''DÜŞÜNMÜRƏM Kİ, QARABAĞ ƏRAZİSİNDƏ GİZLƏNƏN ERMƏNİ TERRORÇU ŞƏXS QALSIN''-ELXAN ŞIXALIYEV

Bölmə: Siyasət › ,
Tarix: 21:26 20.11.2023

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətmiş erməni terrorçu Raşid Beqlaryan həbs olunub.

 

 

Bu barədə məlumatı DTX yayıb.

 

 

Bəs bu proseslər nə vaxta kimi davam edəcək?

 

 

Hərbi ekspert Elxan Şıxalıyev bu barədə məlumat verib.

 

 


"Azərbaycan Silahlı Qüvvələrini anti-terror əməliyyatından sonrakı mərhələdə nəzarətimizə keçmiş ərazilaridə, xüsusilə də Xankəndi, Xocalı, Xocavənd, Əsgəran bölgələrində düşünmürəm ki, gizlənmiş hər-hansı bir şəxslər olsun" deyən ekspert əlavə edir ki, "bu bölgələrdə anti-terror tədbirlərindən sonra gizlənib-qalmaq çox çətin görsənir. Həmin ərazilər silahlı qüvvələrimizin nəzarətindədir, ehtimal oluna bilən bütün təhlükəli bölgələr yoxlanılır".

 

 

Ekspert bildirir ki, "Qarabağ ərazisində olmasa belə, həm Ermənistan, həm də digər ölkələrin ərazilərində belə Azərbaycana qrşı cinayətdə əli olmuş şəxsləri beynəlxalq məhkəmə yolu ilə ölkəmizə geri gətirmək kimi məsələlər baş tuta bilər. Bu hüquqi meyarlar mümkündür. Bizim ərazilərimizdə bu kimi şəxslərin peyda olması ehtimalı azdır".

 

ÇİNARƏ MURADOVA