İsrail Qəzza zolağında 62 jurnalisti qətlə yetirib
Bölmə: Siyasət › ,Tarix: 12:51 21.11.2023
İsrail oktyabrın 7-dən blokadada olan Qəzza zolağına hücumlarında 62 jurnalisti öldürüb.
İnformator.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın verdiyi xəbərə görə, Qəzzanın mərkəzi hissəsindəki El-Beric Qaçqınlar Düşərgəsində və şimalda Beyt Lahiya bölgəsində evləri hədəfə alınan qadın jurnalistlər Ala Tahir əl-Həsanət və Ayət Haddura dünyasını dəyişib.
Bu son itkilərlə İsrailin 7 oktyabrdan bu yana Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayı 6-sı qadın olmaqla 62-yə yüksəlib.