Mirzoyan da KTMT iclasından- imtina etdi
Bölmə: Siyasət › ,Tarix: 20:58 21.11.2023
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan belaruslu həmkarı Sergey Aleyniklə telefon danışığı aparıb.
İnformator.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mirzoyan KTMT ölkələrinin Nazirlər Şurasının Minskdə keçiriləcək iclasında iştirak edə bilməyəcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Paşinyan da Minskə getməkdən imtina etdiyini açıqlamışdı.