Sərhəddə görüş olacaq-Tarix açıqlandı
Bölmə: Siyasət › ,Tarix: 17:16 23.11.2023
Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.
İnformator.az xəbər verir ki, XİN-in bu məsələ ilə bağlı yaydığı məlumatda deyilir:
"Əldə olunan razılaşmaya əsasən, noyabrın 30-da Azərbaycanla Ermənistan arasında sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək".
Xatırladaq ki, Ermənistan XİN noyabrın 30-u delimitasiya komitəsinin görüşünün keçiriləcəyi barədə məlumat yaymışdı.