Fransa, ABŞ və Qərb dairələri problem adı ilə bölgədə gərginlik yaratmağa çalışırlar-Politoloq açıqladı

Bölmə: Siyasət › ,
Tarix: 09:58 28.11.2023

"Bir sıra ölkələr əvvəlki kimi Qarabağ ilə bağlı sabitliyi pozmağa çalışırlar. Nəticədə, Azərbaycan tərəfi həmin ölkələrin hər hansı vasitəçilik roluna iddia etməsinin mümkünlüyünün bundan sonra çətin ola biləcəyini rəsmi şəkildə bəyan etdi. Çünki onlar artıq bu məsələdə birtərəfli mövqe tutublar. Əlbəttə, bu cür birtərəfli mövqe tutmaqla, bundan sonra nəyəsə iddia etmək həm qeyri-mümkün, həm də yersizdir”.

 

Bu fikirləri Dmitri Peskov "Rossiya 1" telekanalının efirində bildirib. Maraqlıdır ki, Dmitri Peskovun qeyd etdiyi fikirlər nə dərəcədə öz gerçəkliyini əks etdirir? Mövzu ilə bağlı politoloq Oqtay Qasımov İnformator.az ilə fikirlərini bölüşüb.

 

 

Oqtay Qasımov bildirir ki, Dmitri Peskovun qeyd etdiyi ifadələr maraqlı açıqlamalar gerçəkliyi əks etdirir. 

 

"19-20 sentyabr tarixlərində Azərbaycan bir sutkalıq əməliyyatlar keçirirək bölgədə bu problemi həll etdi. Ermənistan Ordusunun 15 minə yaxın silahlı şəxsiyyətinin ərazidən çıxarılması tarixi hadisədir. Faktiki olaraq, böyük dövlətlər tərəfindən ortaya atılmış "Qarabağ problemi" həll olundu. Azərbaycan hökmlü savaşından sonra Qarabağ məsələsinin onun daxili işi olduğunu bir daha sübut etmiş oldu".

 

Politoloq vurğulayır ki, Fransa, ABŞ və Qərb dairələri hələ də problemin qaldığını qeyd etmək ilə bölgədə gərginlik yaratmağa çalışırlar. 

 

"Bu fonda Ermənistana silahlı dəstəyin verilməsi kifayət qədər düşündürücü məqamdır. Ermənistana dəstəyin verilməsi ilə bölgədə sülhün təşkilində maraqlı olmadıqları qənaətinə gəlirik. Bu baxımdan Dmitri Peskovun dedikləri reallığı əks etdirir".

 

Fatimə Mustafayeva