Həmas-İsrail müharibəsinin dayandırılması gözlənilmir-Politoloqdan açıqlama
Bölmə: Siyasət › ,Tarix: 14:41 28.11.2023
Bildiyimiz kimi oktyabrın 7-dən Həmas-İsrail qarşıdurması davam edir. Çoxlu ölənlər var. Artıq Fələstin tərəfindən 14854 nəfər həlak olub. Bunlardan 6150 nəfəri uşaqdır.36000 nəfər yaralanıb. Çox böyük itkilər var. 6800 nəfər itkin düşüb.İsraildən isə cəmi 1200 nəfər ölüb, 5600 nəfər isə yaralanıb. Qısa müddətdə bu rəqəmlər çox böyük itkilərdir. Və bu gündə bu müharibə, qarşıdurma davam edir. Artıq 2 gündür ki, atəşkəs elan olunub. Atəşkəs nəticəsində Həmas girovlarını, 3-cü dəstəsini təhvil verdi. Atəşkəsin uzanması, elə aparılan danışıqlar nəticəsində məlum olur ki, girovların verilməsindən aslıdır. İsrail tərəfi tələb edir ki, heç olmasa gündə 10 nəfəri Həmas girovlardan versin və bu da təbii ki, atəşkəsin davam etməsinə səbəb olacaq.
Artıq Türkiyə, İran və Amerika kimi ölkələr çalışırlar ki, atəşkəs daha da uzansın və münasibətlər diplomatik yolla həll edilsin. Ancaq Netenyahu Qəzza zonasına gedib və orada döyüşən dəstələrin birində olub və orada "biz müharibəni qələbəyə qədər aparacayıq, Həmasın sonuncu üzvü ölənə kimi davam etdirəcəyik" deyə bir daha bildirib. Bu da təbii ki, müharibə ehtimalını daha da artırır. Və onlar İsrailin hərbi naziri Qalanf bildirdi ki, atəşkəs qısa müddətlik olacaq, əsirlərin qaytarılması və Qəzza zolağına humanitar yardım edilməsindən sonra yenidən müharibə başlayacaq. Və təxminən 2 ay çəkəcək. Bu, onların hərbi planlarıdır ki, biz sona qədər Həmas təşkilatının üzvlərini məhv edənə qədər bu işi davam etdirəcəyik. Ona görə də müharibənin dayanması, hərbi əməliyyatların dayandırılması haqqında demək çətindir.
Atəşkəs dövründə də görülür ki, HƏMAS İsrail tərəfə atəş açır, atəşkəs pozulur və yaxud da İsrail Livanı raket atəşinə tutur, ancaq hər halda artıq deməli Qəzza zolağına 200-dən artıq humanitar yük avtomobili daxil olub, bu, böyük şeydir. Çünki orada bildiyiniz kimi, qida, su çatışmazlığı, yanacaq çatışmazlığı var və bu da həmən çatışmazlıqları humanitar yardımla aradan qaldırmaq istəyirlər. Ona görə də burada tam sülhün bərqərar olması üçün danışmaq tezdir. Və əsas da artıq bəzi ölkələr Fələstin dövlətinin yaranmasının vacib olduğunu bundan sonra da davamlı sülhün olacağını bildirirlər. Təbii ki, bu müharibədə də ən çox ziyan fələstinlilərə dəydi. Həm şəhərlər dağıldı. Təsəvvür edin ki, 45 mindən artıq Qəzza zolağında bina darmadağın oldu. Onlardan 85 məscid, 102 dövlət obyekti, 66 məktəb darmadağın oldu. Bu müharibədə ən çox ziyan çəkən Qəzza zolağı, Fələstin dövləti oldu. Bu da İsraillə Həmasın apardığı dəhşətli müharibənin nəticələridir.