ABŞ-ın niyyəti əsla səmimi ola bilməz-Politoloqdan ETİRAZ
Bölmə: Siyasət › ,Tarix: 21:45 28.11.2023
Bildiyimiz kimi, ABŞ-nin Azərbaycandakı səfirliyi Amerikada təhsil alan, bu ölkənin agentura şəbəkəsinə cəlb edilmiş bir qrup azərbaycanlı tələbə ilə görüşü təcili təxirə salıb.
Mövzunu informator.az-a şərh edən politoloq Tural İsmayılov deyir ki, ABŞ-ın son dövrlərdə birmənalı olaraq Ermənistanın yanında yer alması, Azərbaycan əleyhinə fəaliyyət göstərməsi, onun Azərbaycanla olan münasibətlərində çox böyük qırılmalara səbəb olub.
"Belə olan təqdirdə özəlliklə ABŞ-da Obrayn və başqa ermənipərəst qüvvələrin Azərbaycan əleyhinə sayıqlamaları fonunda ABŞ-ın Azərbaycandakı səfirliyinin tələbələrlə görüş keçirmək niyyəti əsla səmimi ola bilməz. Bu prosrs eyni zamanda, ABŞ-ın dünyaya yanaşmasının imperialist mahiyyətini də növbəti dəfə göstərmiş olur”.
Politoloqun sözlərinə görə, bu tədbir normal bir tədbir olsaydı və arxasında məhz mediada yazılan məqsədlər güdülməsəydi, ABŞ bu tədbiri təxirə salmağa lüzum görməzdi.
"Deməli həqiqətən də ABŞ-ın hansısa gizlin niyyəti olub və bu Azərbaycan mediasında yazılanlardan sonra ABŞ geri addım atmaq məcburiyyətində qaldı. Əlbəttə ki, tədbirin niyyəti saf ola bilməz”.
Tural İsmayılov sonda qeyd edib ki, digər bir tərəfdən ABŞ-Azərbaycan münasibətlərindəki müsbət tendensiyanı dağıdan və məhv edən ABŞ-ın mövqeyi olub.
"Bütövlükdə ABŞ-da demokratların hakimiyyəti ABŞ-ın bütün dünya ilə münasibətlərinin pisləşməyinə səbəb olub ki, bu da ABŞ-ın özünün gələcəyi üçün çox ciddi problemlər vəd edir",- deyə politoloq yekunlaşdırıb.
Aynur Babayeva