İrəvanın siyasətinin pərdəarxası
Bölmə: Siyasət › ,Tarix: 23:15 28.11.2023
Hazırda rəsmi İrəvanın yürütdüyü siyasət Ermənistanın öz maraqlarına xidmət edən siyasət kimi dəyərləndirilsə də, əslində Rusiyaya qarşı yürüdülən bir siyasətdir. Çünki Paşinyanı ABŞ hakimiyyətə gətirib. Ona görə də ona verilən tapşırıqları icra edir.
ABŞ-nin də Avropada əsas marağı Rusiyanın Cənubi Qafqazdan çıxarılmasıdır. Onlar da Cənubi Qafqazdan çıxmaq istəmirlər. Çıxmayacaqlar da, bu müharibə ilə nəticələnsə belə. Ermənistan çalışır ki, öz ağlı, öz gücü səviyyəsində vasitəsilə Rusiyaya dəstək göstərsin, KTMT-nin məhz Minskdə keçirilən iclasında da ona görə iştirak eləmir. Amma dünən rəsmi İrəvan bir fikir formalaşdırdı və mətbuatda yaydı ki, guya dekabrın axırında Sankt-Peterburqda keçirilən toplantıda iştirak edəcək. Zamanında orada MDB rəhbərinin qeyri-rəsmi görüşü olacaq, orada iştirak edəcək.
Amma mən Ermənistanın orada iştirak edəcəyinə də inanmıram. Mümkün vəziyyətdə, bunlar Ermənistanın Rusiyanı bir növ "arxayın salmaq" cəhdləridir. Amma Ermənistanın birdən-birə bu siyasi demarşı kifayət qədər problemlər yaradacaq. Çünki qarşıdan qış gəlir, Azərbaycan öz Qazax rayonunun sərhədə bitişik ən azı dörd kəndini geri alsa, bu qanunla həm 2020-ci il 10 noyabr bəyannaməsində öz əksini tapıb. Ermənistan da bu və ya digər formada Azərbaycanla münasibətlər qurmaq istəyir və bu ayın sonunda da sərhəddə görüşlər keçiriləcək.
Onlar ondan ehtiyat edirlər ki, gələcəkdə o yol Azərbaycanın nəzarətinə keçəcək. Həm də ki qış vaxtı yuxarı Lars yolu çox keçilməz olur, o yol da bağlana bilər. Rusiya Ermənistana verdiyi qazın da qiymətin qaldıra bilər. Yanacaqla təmin etməyə bilər. Yəni Rusiya bütün bunların hamısını mütləq ki Ermənistana qarşı istifadə edəcək. Daxildə də terror törədilə bilər, çünki Ermənistanın sərhədi də Rusiyanın nəzarətindədir. Ermənistan airportunda da pasport viza rejimin də rus əsgərləri yoxlayır. Ermənistan Rusiyanın əleyhinə gedir, halbuki artıq körpünü su aparıb.
Politoloq Cümşüd Nuriyev