Turan adı bəzən kimlərisə qorxudur, amma bu, millətçilik deyil-Millət vəkili detalları açıqladı

Bölmə: Siyasət › ,
Tarix: 17:27 04.12.2023

“Turan adı bəzən kimlərisə qorxudur. Amma bu, millətçilik deyil”.

 

İnformator.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunmuş beynəlxalq Turan konfransında çıxışı zamanı deyib.

 

Deputat qeyd edib ki, bu gün keçirilən bu konfransı zəruri edən çağırışlar var. Millət vəkilinin sözlərinə görə, həm də beynəlxalq aləmdə yaranan reallıqlarla bağlıdır.

 

“Azərbaycan xalqı həmişə liderlər yetişdirməyi və liderlər ətrafında birləşməyi bacarıb”.

 

Millət vəkili bildirib ki, vaxtı ilə xalqın Ümummilli Lider Heydər Əliyev ətrafında birləşməsi bunun ən bariz nümunəsidir.

 

“Müstəqillik əldə etdikdən sonra bizim hər birimizin məqsədimiz Qarabağın azad olunması idi. Bu, çox şaxəli fəaliyyət idi. Amma məqsədimizə nail olduq. Ona görə də bu gün Ulu Öndər Heydər Əliyevi xüsusi ehtiramla anırıq”.

 

Asiman Hafizqızı