Bu gün Fransada anti-Azərbaycan və anti-türk ab-havası hökm sürür-Fransalı jurnalist
Bölmə: Siyasət › ,Tarix: 17:33 04.12.2023
"Bu gün Fransada anti-Azərbaycan və anti-türk ab-havası hökm sürür. Bu, daxili siyasi vəziyyət və erməni lobbisinin fəaliyyəti ilə bağlıdır. Fransanın hazırkı hakimiyyətinin siyasətini rədd edirəm".
İnformator.az xəbər verir ki, bunu fransalı jurnalist, "Şuşa- Qafqazın mirvarisi" kitabının müəllifi Jan Mişel Brön dekabrın 2-də Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk dünyasının gələcəyinə həsr olunan beynəlxalq Turan konfransında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.
Jurnalist bildirib ki, Parisin hazırkı hakimiyyəti islamafobiya meyillərini açıq-aşkar göstərir.
"Bu, təkcə Azərbaycana yox, bütün islam dünyasına qarşıdır. Bu siyasət dəyişilməlidir və dəyişiləcək. Biz növbəti seçkilərdə bu hökuməti yola salacağıq".
Asiman Hafizqızı