Yunanıstan onu Türkiyəyə qarşı çıxarmağa sövq edən qüvvələrin əlində alət olmayacaq-Mübariz Göyüşlü

Bölmə: Siyasət › ,
Tarix: 20:27 04.12.2023

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük bir dövlətin rəhbəridir və biz hər zaman Türkiyədən Yunanıstana qarşı müsbət davranışların şahidi olmuşuq. Amma Yunanıstandan isə bunun əksini müşahidə etmişik”.

 

Bu fikirləri İnformator.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

 

“Yunanıstanın atdığı addımlara görə, insanda belə bir təəssürat yaranır ki, ya Avropa Birliyi, ya Amerika, ya da başqa bir dövlət Yunanıstanı Türkiyəyə qarşı çıxmağa sövq edir”.

 

Şərhçinin sözlərinə görə, Yunanistan Türkiyə ilə mübarizə aparmaq üçün kifayət qədər gücsüzdür.

 

“Yunanıstan rəhbərliyi yaxşı bilir ki, onun Türkiyəyə müvaqimət göstərmək üçün nəinki hərbi gücü, nə iqtisadi, nə də başqa bir sahə üzrə də hər hansı bir formada potensialı yoxdur”.

 

Bəs, o zaman sual yaranır ki, Ərdoğanın bunu bildiyi halda Yunanıstanın Türkiyəyə qarşı davranışlar sərgiləməsi niyədir?

 

Mübariz Göyüşlü düşünür ki, bu məsələdə kimsə Yunanıstanı istiqamətləndirir.

 

“Bu artıq arxada kiminsə dayanması, arxadan kiminsə bu məsələləri alovlandırılması və Yunanıstana sanki bir istiqamət verməsi düşüncəsini yaradır. Və artıq Ərdoğan da bu barədə fikirlərini səsləndirib".

 

Şərhçi düşünür ki, ABŞ da belə bir cəhdlər göstərirsə, bu cəhdlərini sonlandıracaq.

 

“Yunanıstanda istər Amerika, istərsə də başqa ölkə olsun, onu təhrik edib Türkiyəyə qarşı çıxarmağa sövq edən qüvvələrin əlində alət olmayacaq", - deyə politoloq yekunlaşdırıb.

 

Aynur Babayeva