Afina Türkiyəyə qarşı düzəlişlər etməlidir-Politoloq açıqladı
Bölmə: Siyasət › ,Tarix: 11:24 07.12.2023
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Yunanıstana, dekabrın 18-də isə Macarıstana səfərə gedəcək. Türkiyə-Yunanıstan münasibətlərini informator.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Türkiyə prezidentinin Yunanıstana səfəri vacibdir.
"Əvvəla, biz nəzərə almalıyıq ki, Yunanıstanla Türkiyə qonşu ölkələrdir və Yunanıstanın müəyyən dövrlərdə NATO daxilində eyni təşkilatda olduğu və qonşu olduğu Türkiyəyə qarşı haqsız mövqeyini biz müşahidə edirik".
Politoloq deyir ki, bütövlükdə çox anlamsız şəkildə Yunanıstan Türkiyə ilə münasibətləri həmişə gərginləşdirib.
"Bu gün Türkiyə-Yunanıstan münasibətlərindəki kəskinlik bir başa Yunanıstanın xarici siyasətindəki yanlışlıqlarla bağlıdır. Türkiyə hər zaman Yunanıstanla münasibətləri məcraya qaytarmağa çalışıb və bununla bağlı addımlar atıb. Buna görə də mən düşünmürəm ki, Türkiyə-Yunanıstan münasibətlərindəki gərginlik hansısa bir anda sərt hərbi ritorikaya keçə bilər".
Tural İsmayılov qeyd edir ki, yenə Türkiyə öz jestini, böyük dövlətliliyini sübut etdi.
"Türkiyə prezidentinin Yunanıstana səfəri bu baxımdan 2 ölkə arasındakı münasibətlərdə çox normal bir dəyişiklik yaradacaq".
Politoloq hesab edir ki, rəsmi Afina da biryanlı Türkiyəyə qarşı mövqeyində düzəlişlər etməlidir.
"Bu gün Yunanıstan mediasında Türkiyəyə qarşı və hətta bir çox hallarda Azərbaycana qarşı da yanlış dezinformasiya hücumları həyata keçirilir. Və 2 ölkə arasındakı münasibətlərin normallaşdırılmasının zəruriliyindən danışırıqsa, bu pis tendensiyalar da tez bir zamanda aradan qaldırılmalıdır".
Aynur Babayeva