Blinken: NATO həmişəkindən daha güclüdür

Tarix: 21:46 03.04.2024
ABŞ dövlət katibi Antoni Blinken 75 illik yubileyini qeyd edən NATO-nun “həmişəkindən daha güclü, daha böyük və birləşdiyini” vurğulayıb.
NATO-nun baş katibi Yens Stoltenberq və Blinken Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının ilk gün sessiyalarının sonunda birgə bəyanatla çıxış ediblər.
NATO-nun əhəmiyyətinə və çətin anlarda birlik olaraq möhkəm dayana bilmə qabiliyyətinə işarə edən Blinken, "Bizim ittifaqımız indi əvvəlkindən daha güclü, daha böyük və birləşib" deyib.
NATO-nun ildönümünü qeyd etməyə başladıqlarını, lakin indi qarşıdakı 75 ilə baxdıqlarını qeyd edən Blinken, NATO-nun güclü yolunu davam etdirməsi üçün çalışdıqlarını vurğulayıb.
İttifaq üzvlərinin hər zaman bir-birinin arxasında olduğunu və bunun onların əsas prinsipləri olduğunu izah edən Blinken, ittifaqa yönələ biləcək hər cür təhdidin qarşısını almaqda təsirli olduqlarını bildirib.
Zəhra Həsənova
Mənbə: TRT Haber