BDU-da "PR böhranlarının aradan qaldırılmasında medianın rolu" mövzusunda elmi seminar keçirilib

Bölmə: MEDİA › ,
Tarix: 13:33 06.03.2024

Martın 6-da BDU-da(Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika və İnformasiya Siyasəti kafedrasının doktorantı Günel Qəribovanın "PR böhranlarının aradan qaldırılmasında medianın rolu" mövzusunda elmi seminarı keçirilib.

 

G.Qəribova bildirdi ki, böhran vəziyyəti hazırda ən aktual təşkilati problemlərdəm biri olaraq qalır. Bu vəziyyətin aradan qaldırılması üçün yeni PR kampaniyaları qurulur. Media isə burada ciddi rol oynayır. Hətta deyə bilərik ki, böhran vəziyyətinin daha da artması və ya tamamilə aradan qaldırılması düzgün kampaniyanın qurulmasından asılıdır. Bu vəziyyətin düzgün idarə olunması üçün ən yaxşı yol isə real nümunələrin təhlili və yeni konsepsiyaların hazırlanmasıdır.

 

O əlavə etdi ki, sözügedən konsepsiyaların Azərbaycan media subyektlərində istifadəsi bir qədər zəif inkişaf edib. Bunun bir sıra səbəbləri vardır. G. Qəribova elmi seminarda beynəlxalq mediada böhran kampaniyalarının inkişaf səviyyəsindən, PR-çıların qarşılaşdığı çətinliklər və onların aradan qaldırılması yollarından, eyni zamanda gələcək perspektivlər haqqında məlumat verdi.

 

Seminarda  Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Kafedranın müəllimləri Sabir Məmmədli, Həmid Vəliyev, Təranə Mahmudova, Pərvanə İbrahimova və Aytəkin Zeynalova da iştirak ediblər.

 

Çıxış edən Aynur Nəsirova Günel Qəribovaya təşəkkür edib, seminarla bağlı fikirlərini söylədi:

 

"Çox önəmli, aktual bir məsələyə toxunmusunuz, “PR böhranlarının aradan qaldırılmasında medianın rolu” mövzusu ölkəmiz üçün olduqca önəmlidir. Yeni konsepsiyaların düzgün şəkildə həyata keçirilməsi üçün bu mövzunun əhəmiyyəti çox böyükdür. Bakı Dövlət Unuversietinin Jurnalistika fakültəsi də birbaşa media sisteminə bağlı bir təhsil formatı olduğundan bizim bugünkü müzakirəmiz düşünürəm ki, gələcəkdə magistr və tələbələrin də marağına səbəb olacaq".