BDU-da Nobel sülh mükafatçısı Bəxtiyar Siracovla görüş keçirilib

Bölmə: MEDİA › ,
Tarix: 17:08 16.05.2024

Bu gün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Azərbaycanlı Nobel sülh mükafatçısı Bəxtiyar Siracov ilə görüş keçirilib.

 

"İnformator.az" xəbər verir ki, Bəxtiyar Siracov görüşdə Atom enerjisi barədə məlumat verib və digər enerji mənbələrilə müqayisəsindən danışıb. Onun sözlərinə görə, istismar müddəti konkret olaraq texnologiyalardan asılıdır, zaman müxtəlif ola bilər:

 

"İstər Metsamor, istər başqa atom stansiyası olsun AEBA hər şeyi nəzarətdə saxlayır. Yəni texnologiyalar köhnədə olsa, yararsız şəklə də düşsə hələ çalışmaqdadır, enerji istehsalı ilə məşğuldur. 

AEBA hər şeyi yoxlayır və beynəlxalq ictimaiyyətə təminat verilir ki, hər şey qaydasındadır. Narahat olmağa dəyməz, orada bir sızma və ya problem olsa birinci MAQATE onun bağlanmasını təmin edəcək. O cəhətdən içimiz rahatdır.

Elektrik enerjisinin nüvə texnologiyası ilə istehsalı təmiz texnologiya sayılır. Yəni ətraf mühiti çirkləndirmir. Amma onun əks təsiri də var. Belə ki tullantılar əmələ gəlir. Onlarında basdırılması, emal olunması da ağır bir işdir amma bu iş görülür, ətraf mühitə zərər gəlmir və onlar xüsusi qapalı konteynerlərə, mağaraların içərisinə yerləşdirilir və yüksək səviyyədə qorunur. O biri enerji mənbələrindən məsələn daş kömürün ətraf mühitə çox zərəri var. İndi bəzi ölkələr daş kömür istehsalından imtina ediblər, atom enerjisi istiqamətində fəaliyyət göstərməyə başlayıblar".

 

Bəxtiyar Siracov qeyd edib ki, son dövrlərdə yaşıl enerji texnologiyaları inkişaf etməyə başlayıb:

 

"Təbii ki indiki şəraitdə yaşıl enerjidən hər halda geniş şəkildə tətbiq olunmur. Müəyyən vaxt lazımdır ki, onlar tam istehsala buraxılsın. Bu il COP 29- da bu kimi məsələlər Bakıda müzakirə olunacaq. 

Su, günəş, külək elektrik stansiyaları- onlar ənənəvi texnologiyalardır ki, müvafiq enerji istehsalında iştirak edirlər. 

Onlar da atom enerjisi ilə paralel istifadə olunacaqlar. Çünki enerji mənbələrinin birindən tam imtina edib başqasına keçmək mümkün deyil. Təbii ki, ekologiya və ətraf mühitə zərəri minumuma endirmək şərti ilə onların hamısı tətbiq olmalıdır.

AEBA- nın missiyalarından biri də Atom enerjisinin təhlükəsiz, güvənli şəkildə istehsalı, təhlükəsizlik standartlarının yaradılması və bu standartlara tanış olunma və onlara riaət edilməsidir ki, ətraf mühitə insanlara zərər vurulmasın".

 

 

Banuçiçək Kalbalıyeva