Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafedrasının 20 illiyi

Bölmə: MEDİA › ,
Tarix: 14:17 24.05.2024

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafedrasının yaranmasının 20 illiyinə həsr olunan tədbir keçirilib. 

 

Tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, professor Həmid Vəliyev, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, siyasi elmlər doktoru Sabir Məmmədli və həmin kafedranın müəllim kollektivi, tələbələr iştirak ediblər.

 

Girişi Aynur Nəsirova edib. A.Nəsirova kafedranın 20 illiyi ilə bağlı müəllim kollektivini təbrik edib. Sözügedən kafedranın yaranmasında böyük xidmətləri olan professor Həmid Vəliyev illərdir, bu yolda göstərdiyi fəaliyyətlərdən danışıb. Daha sonra söz fakültənin dekanı Vüqar Zifəroğluna verilib. Həmçinin, kafedra olan tələbatdan, müəllimlərin misilsiz xidmətlərindən Sabir Məmmədli söz açıb. Həmçinin, həmin fakültənin müəllimi Təranə Mahmudova da çıxış edib. Ardınca sözügedən kafedra ilə bağlı öz xatirələrini bölüşən Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Pərvanə İbrahimova sözə başlayıb. 

 

Tədbir Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Aytəkin Zeynalovanın çıxışı ilə başa çatıb.

 

Çinarə Muradova