"Güman edirəm ki, təhsil sahəsi üzrə də televiziya kanalı yaradılacaq"-Ceyhun Musaoğlu

Bölmə: MEDİA › ,
Tarix: 18:48 24.05.2024

Azərbaycanda idman, mədəniyyət, uşaq, musiqi kimi televiziya kanalları var. Bəs sırf təhsilə aid kanal niyə yaradılmır?

 

 

"Ümumiyyətlə, təhsillə bağlı müasir standartlara uyğun informasiya platformalarının yaradılması məqsədəuyğundur. Həmçinin, bu təhsilinin inkişafına da təkan verə bilər". Bu sözləri "İnformator.az"-a açıqlamasında media üzrə ekspert Ceyhun Musaoğlu deyib.

 

 

Ekspert müxtəlif sahələr üzrə ixtisaslaşmış kanallara ehtiyacın olduğunu qeyd edib: "Təhsilə aid internet saytları var. Youtube kanalları da var. Təhsil Nazirliyinin də təhsilə aid TV-si var. Orada təhsillə bağlı müxtəlif verilişlər yayımlanır. Azərbaycanda uşaq, səhiyyə, mədəniyyət, idman kimi kanallar var. Əvvəllər bu kanallar yox idi. Bütün sahələr bir televiziyada cəmləşirdi. Zaman keçdikcə müxtəlif sahələr üzrə televiziya kanalları yaranır. Güman edirəm ki, təhsil sahəsi üzrə də televiziya kanalı yaranacaq. Hazırda Təhsil Nazirliyinin internet üzərindən yayımlanan Təhsil TV-si var. Ola bilsin ki, gələcəkdə həmin internet TV-si də Supitnikdə yer ala biləcək. Təhsil TV-yə böyük ehtiyac var".

 

Çinarə Muradova