Ermənistanın Hərbi Hazırlığı və Sülh Prosesi Üzərindəki Təşəbbüslər

Tarix: 21:14 07.04.2025
Erməni jurnalist Voskan Sarkisyan bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri döyüş hazırlığı vəziyyətinə gətirilib. Erməni revanşistlərin iddiasına görə şərti sərhəddə atəş səsləri eşidilir. Ermənistanın iqtidaryönlü mediası isə şərti sərhəddə atəş açılması ilə bağlı xəbərləri təkzib edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, müharibə və sülh anlayışlarından biri digərini əvəzləməsi mümkündür:
"Bu yöndə gözləntilər var və Azərbaycanın informasiyalarında Ermənistanın müharibəyə hazırlaşmasına yönəlik açıqlamalar olmuşdur. Həmin açıqlamaları Ermənistanın şərti sərhəddə atəşkəsi pozması ilə bağlı dəstəkləyən məlumatlar var və hər iki tərəf arasında sülhə dair addımların irəli aparılmaması bunun bariz nümunəsidir. Ermənistan ordusunun yerdəyişməsi, sərt ritorikası müşahidə olunur. Ona görə də, müharibə və sülh anlayışlarından biri digərini əvəzləməsi mümkündür. Amma Ermənistan öz öhdəliklərinə əməl etmir. Ermənistanın öhdəliklərini əməl etmədiyi müddətdə müharibə təhdidinin boş olmadığı həqiqətini qəbul etməliyik".
Günel Verdiyeva