"Watsapp" istifadəçilərini üzəcək qadağa

Bölmə: MEDİA › ,
Tarix: 14:40 11.04.2023

Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp"ın tezliklə təsdiqlənməsi gözlənilən Onlayn Təhlükəsizlik Aktı səbəbiylə İngiltərədə qadağan oluna biləcəyi iddia edilib.
 
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, "WhatsApp" prezidenti Uill Cathcart İngiltərənin tezliklə təsdiqlənməsi gözlənilən Onlayn Təhlükəsizlik Aktı səbəbiylə "Whatsapp"ı qadağan edə biləcəyini açıqlayıb.
 
Bildirilib ki, Onlayn Təhlükəsizlik Aktı tətbiqi hazırda xidmətdə mesajları qoruyan ucdan-uca şifrələməni zəiflətməyə məcbur edə bilər.
 
Əgər hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, "WhatsApp" bundan imtina edəcək və proqramın ölkə daxilində tamamilə qadağan olunacağı ehtimalı var.
 
Qeyd edək ki "End-to-end" şifrələmə mesajları yalnız göndərən və qəbul edənin oxuya bilməsini təmin etməklə onların təhlükəsizliyini təmin edən bir sistemdir.
 
Texnologiya şirkətləri və təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, mesajları sındırma və digər təhlükələrdən qorumaq vacibdir.
 
Sayad