Elon Maskın Twitterlə bağlı qərarı - "Sata bilərəm"

Bölmə: MEDİA › ,
Tarix: 22:34 12.04.2023

Elon Musk-dan Twitter-la bağlı çıxış: Doğru alıcı tapılarsa, şirkəti sata bilərəm.

 

Tesla ve SpaceX şirkətlərinin sahibi olan məşhur milyarder İlon Mask BBC-ə müsahibə verib. Reportaj Twitter’ın söhbət kanalından canlı yayımlanıb və 3 milyon nəfər tərəfindən izlənib. Söhbət zamanı Mask Twitter-i alma prosesinin "kifayət qədər ağrılı" olduğunu və şirkətin "böyük eniş və çıxışları" olduğunu söyləyib. O, həmçinin “düzgün alıcı” tapılacağı təqdirdə sözügedən sosial şəbəkə platformasını sata biləcəyini açıqlayıb.

 

Qeyd edək ki, milyarder iş adamı Twitter-i oktyabr ayında 44 milyard dollara satın almışdı.

 

Nigar