"Telegram"la bağlı ciddi XƏBƏRDARLIQ
Bölmə: MEDİA › ,Tarix: 23:42 12.04.2023
Mütəxəssislər "Telegram"da sürətlə yayılan "fırıldaqçılıq” fəaliyyətləri barədə xəbərdarlıq ediblər.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, sosial media platformalarında istifadəçilərin sayının artması fırıldaqçıların da sayını artırıb.
Bu təhlükənin artmasının ən əsas səbəbləri arasında platformanın populyarlığı dayanır.
Fişinq və oğurlanmış məlumatların satılması kimi hakerlərin hücumları "Telegram" istifadəçilərini risk altında qoyur.
"Telegram"da botlardan istifadəçilərə və müəssisələrə bir çox rutin prosesləri avtomatlaşdırmaq fürsəti versə də, təcavüzkarlar öz zərərli fəaliyyətləri üçün istifadə etməyə başlayıblar.
"Telegram" botunda saxta veb-saytların yaradılması ödənişsiz həyata keçirilir və bir neçə addımdan ibarətdir.
Təcavüzkarlar bu üsuldan e-poçt ünvanları, telefon nömrələri, hesab parolları, IP ünvanları və qurbanın yaşadığı ölkə daxil olmaqla geniş çeşiddə məlumat toplamaq üçün istifadə edə bilərlər.
Kaspersky mütəxəssisləri məlumatları fişinq hücumlarından və sızmalardan qorumaq üçün aşağıdakı tövsiyələri təklif edir:
1. Naməlum göndəricilərdən gələn mesajlardan ehtiyatlı olun. Fişinq hücumları çox vaxt naməlum və ya şübhəli görünən göndəricilərdən gəlir.
2. Əgər tanımadığınız istifadəçidən və ya nömrədən mesaj alsanız, heç bir linkə klikləməyin və ya şəxsi məlumatlarınızı paylaşmayın.
3. Güclü parollardan istifadə edin. Bütün mesajlaşma proqramları üçün unikal parollar yaradın.
4. Bir neçə hesabda eyni paroldan istifadə etməyin, güclü parollar yaratmaq və saxlamaq üçün parol menecerindən istifadə etməyə çalışın.
5. Bağlantıların həqiqiliyini yoxlayın. Hər hansı bir keçidə klikləməzdən əvvəl onların qanuni olub olmadığını yoxlayın.
6. İki faktorlu autentifikasiyadan istifadə edin. Hesabınıza əlavə təhlükəsizlik tədbirinin əlavə edilməsi icazəsiz girişin qarşısını almağa kömək edə bilər.
7. Hesabınıza yalnız sizin daxil ola biləcəyinizi təmin etmək üçün mesajlaşma tətbiqinizdə iki faktorlu autentifikasiyanı aktiv edin.
8. Müvafiq təhlükəsizlik tətbiqlərindən istifadə edin. Etibarlı təhlükəsizlik tətbiqi cihazlarınızı müxtəlif növ təhlükələrdən qoruyacaq və məlumatlarınızı təhlükəsiz saxlayacaq
Xumar Bayramqızı