Elon Muskın Twitter səhvi
Bölmə: MEDİA › ,Tarix: 20:22 14.04.2023
Elon Muskın Twitter-də antitrol bölməni ləğv etməsi problemlərə səbəb olub.
İnformator.az BBC-yə istinadən bildirir ki, Elon Musk Twitter-in sahibi olaraq təbliğat hesabları ilə mübarizə aparan bölməni ləğv etdikdən sonra yüzlərlə Rusiya və Çin hesabı öz təsirlərini artırıb.
BBC-nin xəbərinə görə, ləğv olunan antitrol bölmə Çin, İran və Rusiya kimi ölkələrin həyata keçirdiyi informasiya əməliyyatlarına qarşı mübarizə aparırdı.
Lakin bölmədəki işçilərin işdən çıxarılması və ya istefası Twitter-i kənar manipulyasiyalara qarşı müdafiəsiz buraxıb.
Hətta sosial şəbəkənin keçmiş əməkdaşlarından biri "Twitter-in insana nəzarət mexanizmi tamamilə ortadan qalxdı. Bütün platforma avtomatik moderasiya sistemlərinə həvalə edilib" deyib.
Vurğulanıb ki, Twitter alqoritmlərində bot və trol hesabları ilə bağlı rəqəmsal məlumatlara sahib olsa da, nəzarət altında deyil.
Bundan əlavə, ABŞ-ın Klemson Universitetinin Kibercinayətkarlıq Araşdırma Mərkəzinin dosenti Darren Linvil Rusiyanın Ukrayna müharibəsini dəstəkləyən və Rusiyanın xeyrinə ictimai rəy yaradan yeni rus trol qrupunun aktiv olduğunu bildirib.
Nigar