ABŞ-da TikTok istifadəsinin qadağasına dair çağırış

Bölmə: MEDİA › ,
Tarix: 11:30 18.04.2023

ABŞ-da Respublikaçılar qanunvericiləri TikTok istifadəsini qadağan etməyə çağırır.

 

İnformator.az xarici mediya istinadən xəbər verir ki, ABŞ-da respublikaçı deputatlar TikTok-un qanunvericilər tərəfindən istifadəsinə qadağa qoyulmasını tələb edib.


ABŞ-da 2022-ci il dekabrın 15-də də Senat yekdilliklə federal hökumət işçilərinin “milli təhlükəsizlik narahatlıqları” səbəbindən TikTok-u dövlətə məxsus cihazlara yükləməsini qadağan edən qanun layihəsini qəbul edib. Nümayəndələr Palatası isə 2022-ci il 28 dekabr-da TikTok tətbiqinin rəsmi cihazlarda istifadəsini üzvləri və işçiləri üçün qadağan edib. 


Ağ Ev də daxil olmaqla bir çox dövlət qurumları Konqresin səsverməsini gözləmədən TikTok-u qadağan edib.


İndiana, Texas, Cənubi Karolina da daxil olmaqla, ABŞ-da bir çox ştat TikTok-dan istifadəni qadağan edən oxşar qanunlar qəbul edib.

 

Qanunvericilər mövzu ilə bağlı müraciətlərində bütün Konqres üzvlərinin amerikalıların məlumat məxfiliyi və casus proqram tətbiqlərinin risklərini azaltmaq üçün TikTok-dan istifadəni dərhal dayandırmalı oldularını bildiriblər.

 

Millət vəkilləri tərəfindən TikTok-dan istifadənin yaratdığı problemlərə işarə edən deputatlar Konqresin həssas məlumatlarının və seçicilərin şəxsi məlumatlarının məxfiliyinin qorunması üçün lazımi tədbirlərin görülməli olduğunu vurğulayıblar.

Sayad Qoşnalıyeva