Elon Mask-ın ChatGPT-yə gətirdiyi rəqib: TruthGPT

Bölmə: MEDİA › ,
Tarix: 14:47 18.04.2023

Milyarder İlon Mask Microsoft və Google-un süni intellekt təşəbbüslərinə rəqib olaraq "TruthGPT" adlandırdığı süni intellekt platformasını işə salacağını açıqlayıb.

 

İnfomator.az CNN-ə istinadən xəbər verir ki, Fox News kanalına müsahibə verən Elon Musk ChatGPT-yə rəqib olmaq üçün "TruthGPT" adlı süni intellekt platformasını işə salacağını bildirib.

 

Musk "TruthGPT adlandırdığım, maksimum həqiqəti axtaran, kainatın təbiətini anlamağa çalışan süni intellekti işə salıram" deyib.

 

O, TruthGPT-nin "təhlükəsizliyə aparan ən yaxşı yol" ola biləcəyini və "insanlara zərər vurma ehtimalının çox az olduğunu əlavə edib.

 

Eyni zamanda Mask Microsoft tərəfindən dəstəklənən ChatGPT-nin arxasında duran OpenAI firmasını "süni intellektə yalan danışmağı öyrətdiyinə" görə tənqid edib. 

 

Aydan