Bu ölkə ChatGPT-i yenidən işə salacaq
Bölmə: MEDİA › ,Tarix: 12:59 18.04.2023
İtaliyanın Məlumatların Mühafizəsi Təşkilatı aprelin 30-da ChatGPT-ni yenidən işə salmağa hazır olduğunu söyləyib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İtaliya Məlumatların Mühafizəsi Təşkilatının Administratoru Pasquale Stanzione məlumat verib.
"OpenAI baxımından faydalı addımlar atmaq istəyi varsa, aprelin 30-da ChatGPT-ni yenidən açmağa hazırıq" deyə Stanzione əlavə edib.
Qeyd edək ki, süni intellektə əsaslanan OpenAI startapı tərəfindən hazırlanmış və son aylarda məşhur olan ChatGPT robotu İtaliya hakimiyyəti tərəfindən qadağan edilib.
Xumar