Meta yenə işçilərini ixtisar edəcək
Bölmə: MEDİA › ,Tarix: 20:22 19.04.2023
Meta şirkətinin baş direktoru Mark Zukerberq işçi ixtisarları ediləcəyi barədə məlumat yayıb.
İnformator.az CNN Türk-ə istinadən xəbər verir ki, ötən noyabrda Mark təxminən 11 min nəfəri işdən çıxarmışdı. Facebook-da strukturlaşma məqsədilə yenidən işdən çıxarılmalar olacağı xəbəri yayılıb.
Sözügedən qərarıın Facebook, WhatsApp, Instagram və Reality Labs-a təsir edəcəyi məlum olub. Əlavə olaraq bildirilir ki, işçi ixtisarlarından sonra yerdə qalanların vəzifə bölgüləri yenidən aparılacaq.
Zukerberqin mart ayında açıqladığı kimi, bu qərarla 10 min şirkət işçisinin ixtisar ediləcəyi, may ayında isə yeni ixtisar dalğasının ola biləcəyi bildirilib.
Bundan əlavə, ilk rübün sonuna qədər işə qəbul prosesini donduran Meta-nın bu müddəti uzatdığı deyilir.
Çərşənbə günü başlaması planlaşdırılan ixtisarların 4000 işçini əhatə edəcəyi təxmin edilir.
Qeyd edək ki, bu yaxınlarda İlon Mask da Twitter-də rəhbərlik dəyişikliyindən sonra işçi ixtisarlarının olduğunu açıqlamışdı. Mask Tvitterdə 8000 işçi sayının 1500-ə endirildiyini bildirib. Bu, şirkət heyətinin 80 faizinin ixtisar olunduğu deməkdir.
Fatimə