Avropa İttifaqının rəqəmsal platformalar üçün yeni sərt qaydaları

Bölmə: MEDİA › , Dünya › ,
Tarix: 13:40 26.04.2023

Aİ Komissiyası Avropada fəaliyyət göstərən əsas rəqəmsal platformaların və axtarış sistemlərinin siyahısını açıqlayıb.
 
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki. Google, Facebook, YouTube, Twitter və Apple Avropa Birliyinin (Aİ) çox sayda istifadəçisi olan və buna görə də ciddi qaydalara tabe olan əsas rəqəmsal platformalar siyahısındadır.
 
Açıqlamada Alibaba, Amazon, Apple AppStore, Booking.com, Facebook, Google Play, Google Maps, Google Shopping, Instagram, LinkedIn, Pinterest, Snapchat, TikTok, Twitter, Wikipedia, YouTube və Zalandonun nəhəng onlayn platforması Bing və Google kimi sosial şəbəklələr eyni zamanda çox böyük axtarış motoru kimi təsnif edilir.
 
Açıqlamada müəyyən edilmiş 19 platformanın 4 ay ərzində qanun çərçivəsində bütün yeni öhdəliklərə əməl etməli olacağı qeyd olunub.
 
Yeni qaydalara əsasən, bundan sonra rəqəmsal platformalar Aİ tərəfindən daha sərt şəkildə tənzimlənəcək. Qaydaları pozan rəqəmsal platformalar üçün qlobal dövriyyənin 6 faizinə qədər cərimələr tətbiq oluna bilər. Hətta təkrar pozuntular halında, sözügedən rəqəmsal platformaların Aİ-də fəaliyyətinə xitam verilə bilər.
 
Xumar