Ən çox satılan ikinci əl smartfon satan brendlər

Bölmə: MEDİA › ,
Tarix: 15:54 26.04.2023

2022-ci ildə təkrar istehsal edilən telefon satışlarında ən yaxşı brendlər açıqlanıb.
 
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, son illər smartfonlar dünyada dolların məzənnəsinə və vergilərə görə baha qiymətə satılır. İstifadəçilər adətən orta səviyyəli telefonlara üstünlük verir və pula qənaət edirlər. Bununla belə, bazarda təmir edildikdən sonra yenidən satışa çıxarılan smartfonlar birinci əl telefonlardan xeyli ucuz qiymətə satılır.
 
Bazar araşdırması edən şirkətlərdən biri olan "Counterpoint" son bir ildə satılan yenilənmiş smartfonların sayını müəyyənləşdirib.
 
Daha əvvəl ABŞ və Kanadada bəzi yenilənmiş iPhone, iPad və Mac modellərini satan Apple sonradan bu ölkələrə yenilərini əlavə edib.
 
Yenilənmiş smartfon bazarında lider olan Apple 49 faiz bazar payına sahibdir. Bu, satılan hər iki təmir edilmiş telefondan birinin iPhone olduğunu göstərir.
 
Cənubi Koreyanın smartfon istehsalçısı Samsung isə 26 faiz payla ikinci, Vivo və Oppo isə 3 faiz payla üçüncü yerdə qərarlaşıb.
 
Araşdırmaya görə, yenilənmiş smartfon satışları illik bazda 5 faiz artıb.
 
Bir sözlə, telefonları alan şirkətlər bir neçə texniki sınaqdan sonra telefonların problemli hissələrini yeniləri ilə əvəz edir və məlumatları tamamilə silirlər.
 
 
Mikayıl