"Əsas hədəfimiz özümüzü dünyaya, cəmiyyətimizə yararlı bir kanal kimi təqdim etməkdir" - Mehman Mirzəlizadə ilə müsahibə

Bölmə: MEDİA › ,
Tarix: 21:17 26.04.2023

Operativ Məlumat Mərkəzi səhifəsinin admini, bloger Mehman Mirzəlizadə ilə müsahibəni təqdim edirik.

 

Hazırda sosial mediada hansı səhifəni idarə edirsiniz və hansı platformalarda?

“Sosial mediada "Operativ məlumat mərkəzi" kanalını idarə edirəm. Həm teleqram, facebook, instagram, tvitter, bütün sosial şəbəkələrdə var, həm də əlavə olaraq sayt da fəaliyyət göstərir”.

 

 

İdarə etdiyiniz səhifə hansı kontentdədir?

Kontentimiz xəbərlərdir. Artıq 2 ildən çoxdur fəaliyyət göstəririk. Həm sosial şəbəkələrdə, həm də saytda gündəlik ölkədə və dünyada baş verən bütün xəbərlər paylaşılır.

 

Nə qədər tez-tez məzmun yerləşdirirsiniz?

Xəbərlər tez-tez, gün ərzində yerləşdirilir. 7/24bütün sosial şəbəkə platformalarında aktivliyimizi qoruyuruq. Operativliyə xüsusi önəm verilir.

 

İzləyicilərlə əlaqə yaratmaq üçün hansı strategiyalardan istifadə edirsiniz?

Xəbərlərin məzmunları fərqlidir: sosial, daxili siyasət, xarici siyasət, Qarabağ, Ermənistan, dünya, idman, kriminal və digər xəbərlər yerləşdirilir.

 

Sosial mediadakı uğurunuzu necə qiymətləndirirsiniz?

Düşünürəm ki, hələ qarşıda görüləcək çox işlər var və indiyə kimi əldə etdiklərimiz uğurun yarısıdır. Əsas hədəfimiz özümüzü ölkəyə, dünyaya, cəmiyyətimizə yararlı bir xəbər portalı kimi təqdim edə bilməkdir.

 

Məzmununuzun düzgün auditoriyaya çatmasını necə təmin edirsiniz?

Sosial mediada paylaşılan xəbərlər izləyicilərə çatır, biz buna smm tərəfdən də yanaşa bilərik ki, sosial mediada bunun pr-nı aparırıq, xəbərlər reklama qoyulur, bunun nəticəsində daha çox auditoriyaya çatır. Qeyd edim ki, auditoriyamız teleqramda 100 mindən çox, instagramda 60 mindən çox, facebookda isə 12 mindən çoxdur. Teleqramda gündəlik oxunma 500 mini keçir ki, bu da o 100 min auditoriya hesabına formalaşır. Elə gün olur ki, 1 milyondan çox oxunma olur.

 

Müştəri sorğularına cavab vermək üçün hansı metodlardan istifadə edirsiniz?

Bizim reklam bölməmiz fəaliyyət göstərir. Əməkdaşlar bizə müraciət edən şəxslər ilə əlaqə saxlayır, ünvanlanan suallara cavab verirlər və bunun vasitəsilə müştərilər ilə əlaqə yaradılır. Bu həm whatsapp  business, həm teleqram, həm də mail üzərindən həyata keçirilir.

 

Hesablarınızı zərərli fəaliyyətdən qorumaq üçün hansı tədbirləri görürsünüz?

Bizdə xüsusi İT üzrə mütəxəssislər çalışır ki, onlar saytı daha çox mühafizə edirlər. Saytın təhlükəsizliyi onlardan asılıdır.

 

Sosial medianın ən son trendlərindən necə xəbərdar olursunuz?

Bunun üçün sosial media gündəlik olaraq işçilər tərəfindən izlənilir, araşdırılır. Uyğun kontentlər, izləyicilərin bugünə olan tələbləri araşdırılır. Bunun üçün planlar qurulur. Bu da izləyici artımına gətirib çıxaran amillərdən biridir.

 

Elmar Hüseynov

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin IV kurs tələbəsi