Braziliya Telegrama qadağa qoydu
Bölmə: MEDİA › ,Tarix: 21:50 27.04.2023
Braziliyanın federal məhkəməsi Telegram-a müvəqqəti qadağa qoyub.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Braziliya Kəşfiyyat İdarəsinin bəyanatına görə, Google, Apple və dörd Braziliya telekommunikasiya şirkətinə Telegram-ı tətbiq mağazalarından və digər platformalarından silmək əmri verilib.
Sözügedən şirkətlər Telegram məlumatları təqdim etməkdən imtina etdiyi müddətcə gündə 198 min dollar cərimələnəcək.
Noyabr ayında Aracruzda iki məktəbdə dörd nəfəri öldürən və təxminən on nəfəri yaralayan 16 yaşlı gəncin Telegram qruplarında antisemit məzmun yaydığı müəyyən edildikdən sonra polis məlumatların əldə edilməsini istəyib.
Polis tərəfindən Telegram-a edilən məlumat sorğusunda, zorakı ölümləri əks etdirən videoları, bomba hazırlama videolarını, azlıqlara qarşı nifrət təbliğ edən materialları paylaşdığı ifadə edilib.