Apple və Google ortaq qərar verdi

Bölmə: MEDİA › ,
Tarix: 19:17 03.05.2023

Apple və Google icazəsiz izlənmələr üçün ortaq qərar verib.


İnformator.az CTV News-a istinadən xəbər verir ki, Apple və Google AirTag kimi cihazların icazəsiz izləmə üçün istifadəsinin qarşısını almaq üçün güclərini birləşdirir.

 

Apple tərəfindən son illərdə təqdim edilən yeni element izləyici modeli olan AirTag şirkətin proqram təminatı və xidmətləri ilə işləyir.

 

“Apple” və “Google” şirkətləri tərəfindən yaradılan layihə qarşıdakı üç ay ərzində İnternet Mühəndisliyi İşçi Qrupu tərəfindən nəzərdən keçiriləcək.


Sözügedən standart iOS və Android-in növbəti versiyalarında görünəcək.

 

Sayad