"Süni intellektin atası"Hinton: Peşmanam

Bölmə: MEDİA › ,
Tarix: 19:54 03.05.2023

Hinton süni intellekti zərərli məqsədlər üçün istifadə potensialına görə "kabus ssenarisi" adlandırıb.

 

İnformator.az Euronews-a istinadən xəbər verir ki, 75 yaşlı Geoffrey Hinton bu sahədəki işindən peşman olduğunu deyərək Google-dan istefa etdiyini açıqlayıb.

 

O, New York Times-a verdiyi açıqlamada Google-dakı vəzifəsindən istefa edərək, "Bu sahədəki inkişaflardan irəli gələn potensial təhlükələr səbəbiylə süni intellektlə məşğul olduğum üçün peşmanam" deyib.

 

Hinton ən böyük narahatlıqlarından birinin süni intellektli chatbotların yaxın gələcəkdə insanlardan daha ağıllı ola biləcəyi olduğunu ifadə edib.