Apple-ın satışları gerilədi

Bölmə: MEDİA › ,
Tarix: 14:58 05.05.2023

ABŞ-ın texnologiya nəhənglərindən olan Apple-ın əldə etdiyi gəlir bazar gözləntilərini üstələyib.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Apple yanvar-mart dövrü üçün balans hesabatını açıqlayıb.

 

Apple tərəfindən edilən açıqlamaya görə, şirkətin gəliri əvvəlki ilin eyni dövrünə görə 3 faiz azalaraq 94,8 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 97,3 milyard dollar gəlir əldə edib.

 

Şirkətin gəlirinin bu dövrdə 92,9 milyard dollar olacağı gözlənilirdi.

 

Bu dövrdə Apple-ın smartfon satışları artarkən, planşet və kompüter satışları azalıb.