"Apple" rəhbəri: "Süni intellektlə ehtiyatla davranırıq"

Bölmə: MEDİA › ,
Tarix: 15:38 08.05.2023

"Apple" şirkətinin rəhbəri Tim Kuk süni intellektlə bağlı mühüm açıqlamalar verərək diqqətli olmağa çağırıb.
 
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə indiki vaxtda ChatGPT kimi chatbotların populyarlaşması süni intellekt bazarına marağı artırıb.
 
Hökumətlər və şirkətlər süni intellektlə bağlı müxtəlif görüşlər keçirərək risklərə qarşı tədbirlər görməyə çalışırlar.
 
Rəqibləri Microsoft və Google süni intellekti sürətlə inkişaf etdirsələr də, Apple daha ehtiyatlı davranır.
 
"Apple"nin artıq bəzi məhsullarına maşın öyrənməsi və süni intellekt daxil etdiyini xatırladan Kuk "Biz süni intellektə əhəmiyyət veririk və məhsullarımızda çox diqqətlə istifadə etməyə davam edəcəyik", - deyib.