"Heydər Əliyev həmin dövrdə göstəriş verdi, qəzetlərin borcları bağlandı"- Akif Aşırlı

Bölmə: MEDİA › ,
Tarix: 09:56 10.05.2023

Bu gün Ulu Öndər, Ümummilli Lider, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 100 illik yubileyidir.

 

Heydər Əliyev müstəqil və müasir Azərbaycanın qurucudur. Onun ölkənin hər sahəsində etdiyi islahatlar, gördüyü işlər Azərbaycan tarixində misilsiz rol oynayır.

 

Ulu Öndər hər bir sahəyə xüsusi qayğı göstərməklə yanaşı, mətbuat sahəsində də əvəzsiz işlər görüb.

 

"Şərq" qəzetinin baş redaktoru, əməkdar jurnalist Akif Aşırlı İNFORMATOR.AZ-a Heydər Əliyevin Azərbaycan mətbuatında gördüyü işlərdən danışıb:

 

Əməkdar jurnalist bildirib ki, Heydər Əliyev jurnalistlərə, media işçilərinə, mətbuata xüsusi qayğı göstərmiş liderlərdən biridir. 

 


"Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dönəmdə jurnalistlərlə böyük təmasda olub. Heydər Əliyev jurnalistlərə, media işçilərinə, mətbuata xüsusi qayğı göstərmiş liderlərdən biridir. Eyni zamanda, Heydər Əliyev Azərbaycanda mətbuatın, informasiyanın önəmini daha çox diqqətə alan siyasətçilərdən biridir. O, informasiyanın doğru yönləndirilməsi üçün çalışan insanlardan biridir. Heydər Əliyev “jurnalistlərin dostu” seçilib, həmin təqdimat mərasimində mən də iştirak etmişəm. Heydər Əliyevin Azərbaycan mətbuatının formalaşmasında, müasir qəzetlərin müstəqilləşməsində böyük rolu olub. Zaman-zaman Azərbaycan nəşriyyatına qəzetlərin borcları yaranırdı, hətta 1 milyonu ötüb keçmişdi. Heydər Əliyev həmin dövrdə göstəriş verdi, qəzetlərin borcları bağlandı. İndiki dövrdə də, bəzi müstəqil nəşrlər Heydər Əliyevin hakimiyyəti dövründə fəaliyyətə başlayıb".

 

Sayad Qoşnalıyeva