Ərdoğan niyə prezident seçilməlidir?- Mikayıl Mirzəzadə yazır...
Bölmə: MEDİA › ,Tarix: 09:05 15.05.2023
Türkiyənin növbəti prezidenti Ərdoğan seçiləcək.
Niyə Ərdoğan?
Ərdoğanın son illər Türkiyə üçün gördüyü işləri sadalasaq, bəlkə də publisistik material ortaya çıxar.
Türkiyənin 33-cü baş naziri Nəcməddin Ərbakan dönəmində siyasi arenada tanınmağa başlayan Ərdoğanın bir müsahibəsində jurnalist sual verərək bildirib ki, "Ərbakanın reallaşdırmaq istədiyi bütün işləri siz görmüsüz". Ərdoğan isə böyük təvazökarlıqla deyib ki, "bu mövzuya toxunub bizi kədərləndirməyin". Həqiqətən də Türkiyəni milliləşdirən, çiçəkləndirən, dünya çapında müasir dövlət edən, din və dövlət arasındakı əlaqələri tənzimləyən, eyni zamanda dünya dövlətlərinə meydan oxuyan bir başçısının bu gün xarici terror təşkilatlarını dəstəkləyən, Azərbaycanı öz məqsədlərində görməyən, açıq şəkildə ermənipərəst mövqe sərgiləyən Kılıçdaroğlu ilə eyni tərəziyə qoymaq əsl türk millətinin baxışı olmamalıdır. Son qərar xalqın olsa belə, obyektiv seçim birbaşa xalqın rifahıdır. Yalançı və fırıldaqçı islahatlarla meydana gəlmək istəyən, əslində Türkiyəni qəsbkarlara, daşnaklara satmaq istəyən cahil şəxslər hakimiyyətə gəlməməlidir.
Kılıçdaroğlunun rəqabətə davamlılığının səbəbi nədir?
Türkiyədə son 5 ildə baş verən iqtisadi-sosial problemlər yalnız ölkəyə deyil, bütün dünyaya təsir edib. Bu ərəfədə isə Kılıçdaroğlu gənclərin rəğbətini qazanmaq üçün əvvəlcədən özünə kütlə yığmağa başlamışdı. Bugünkü seçkilərə qədər isə Kılıçdaroğlu sanki əvvəlcədən prezident olacağını sanırdı. Onun əsas güvəni gənclərədir. Çünki hazırkı tük gənclər gələcəklərini "doğru" insanın əlində görürlər. Amma düşünmürlər ki, bu gün rahat şəkildə Türkiyədən xaricə oxumağa gedirlərsə, sabah ermənilər Türkiyəyə axın edə bilər. Türkiyədə daha çox erməni və digər fitnəçi xalqlar yaşaya bilər. 75 yaşlı "qocaman düşüncəli" Kılıçdaroğlunun nəinki siyasətdən, heç s hərfindən xəbəri yoxdur.
Ölkə indi düzgün seçim etməzsə, sabah fəlakətə düçar olacaq. Ərdoğan bir çıxışında deyir:
"20 ildir xarici dövlətlər Türkiyəni asılı hala salmağa görə sıraya giriblər. Mən isə indiyə qədər həmin dövlətlərin liderləri ilə müvafiq görüşlər təşkil edərək onları bundan yayındırmağa çalışıram. Yəni mən 20 ildir bu insanları tanıyıram. Sən Kılıçdaroğlu, kimi tanıyırsan, səni kim tanıyır? Bu ölkəni ayaq üstündə saxlaya biləcəksənmi?"
Statusumun sonu: Müasir, demokratik, müstəqil Türkiyə görmək istəyən dostlarım, səsinizi Ərdoğana verin. Gələcəyimizə birbaşa onun və tərəfdarlarının köməyi danılmaz olacaq. Hətta Azərbaycana belə.