Montana TikTok-u qadağan edən ilk ABŞ ştatı oldu

Tarix: 15:23 18.05.2023
ABŞ-ın Montana ştatı məlumat təhlükəsizliyi müzakirələrinin mövzusu olan Çin video paylaşma tətbiqi TikTok-u qadağan edən ilk ştat olub.
İnformator.az Reuters-ə istinadən xəbər verir ki, Montana qubernatoru Greg Gianforte Çinə kəşfiyyat məlumatı verməkdə ittiham olunan TikTok tətbiqini qadağan edən qanunu imzalayıb. Qadağanın 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi açıqlanıb.
Pew Araşdırma Mərkəzinin məlumatına görə, ABŞ-da 13-17 yaş arası yeniyetmələrin 67 faizi TikTok-dan istifadə edir, yeniyetmələrin isə 16 faizi proqramdan demək olar ki, daim istifadə etdiklərini deyir.