ABŞ Ali Məhkəməsi Tvitter və Google-a haqq qazandırdı
Bölmə: MEDİA › ,Tarix: 23:32 18.05.2023
ABŞ Ali Məhkəməsi terror təşkilatı DEAŞ-ın İstanbulun əyləncə mərkəzi Reina və Parisdə törətdiyi hücumlardan sonra Tvitter və Google-a qarşı açılan iddialarda internet şirkətlərinin lehinə qərar verib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Ali Məhkəməsi sözügedən işlərlə bağlı Ünsiyyət Etikası Qanununun 230-cu maddəsinin məzmununun internet şirkətlərini oxşar vəziyyətlərdə məsuliyyətdən qoruduğuna dair yekdilliklə razılaşıb.
Hakim Clarence Thomas 2017-ci ilin Yeni il gecəsi Ortaköydəki əyləncə mərkəzində törədilən terror aktında dünyasını dəyişən Nawras Alassafın qohumlarının Twitter-də açdığı iddianın "sosial media şirkətinin hücuma köməklik və dəstək verdiyini iddia etməkdən uzaqdır" deyib. Ali Məhkəmənin qərarında qeyd olunub ki, internet şirkətləri istifadəçilərə məzmun təqdim etməklə xidmət göstərdiyi bir mühitdə üçüncü şəxslər öz əməllərinə görə məsuliyyət daşıya bilməzlər.
2017-ci ildə İstanbul gecə klubunda İŞİD-ə bağlı bir hücumçunun Nəvrəs Ələsəfi və daha 38 nəfəri öldürməsindən sonra Ələsəfin ailəsi Tvitter və digər texnoloji platformaları “terror qruplaşmasına kifayət qədər sanksiya tətbiq etməməkdə” ittiham edərək məhkəməyə verib.
ABŞ Ali Məhkəməsi eyni zamanda Parisdə 2015-ci ildə DEAŞ hücumunda həyatını itirən ABŞ vətəndaşı Nohemi Qonzalesin ailəsinin Google-a qarşı iddialarını da haqsız hesab edib.